İtaliya A Seriyası: “Udineze” “Napoli"ni uddu
İtaliya A Seriyasının 15-ci turunda “Udineze” evdə “Napoli”ni 1-0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Friuli Stadionunda keçirilən qarşılaşmanın ilk yarısında heç bir qol qeydə alınmayıb. İkinci yarıda “Udineze” əvvəlcə 52-ci dəqiqədə Keinan Davis ilə fərqlənsə də, VAR araşdırmasında ofsayt qərarı verilərək qol ləğv edilib. 69-cu dəqiqədə Zaniolo ilə qapıya yol tapan “Udineze” VAR müdaxiləsi nəticəsində Lobotkaya qarşı edilən faul səbəbindən qolun etibarsız sayılması ilə üzləşib.
Sonda isə 73-cü dəqiqədə Ekkelenkamp fərqi yaratdı və matçın yekun nəticəsini müəyyənləşdirdi:
Udineze 1-0 Napoli
Jurgen Ekkelenkamp 73'
Bu nəticə ilə “Udineze” xalını 21-ə yüksəldib. “Milan”ın xal itirdiyi turda isə liderlik şansı qaçan “Napoli” 31 xalla qalıb.
Beləcə, “Milan”dan sonra “Napoli” də xal itirdi. “İnter” üçün liderlik şansı yarandı.
© Copyright 2025, All Rights Reserved