İtaliya A Seriyasından 3 klub Reşfordu istəyir

“Mançester Yunayted”də gələcəyi qeyri-müəyyən olan Raşforda “Napoli”, “Milan” və “Komo” maraq göstərir ( 📰: The Guardian).
90plus.az xəbər verir ki, Markos Raşford yenidən A Seriyası klublarının diqqətini cəlb edib. “Napoli”, “Milan” və xüsusilə “Komo” ingiltərəli hücumçunun yayda transferi üçün “Mançester Yunayted”in mövqeyini yoxlamağa hazırlaşır.
Xüsusilə, “Komo” uzun müddətdir, 26 yaşlı futbolçuya maraq göstərir. Lakin Raşford daha əvvəl bu təklifi Çempionlar Liqasında oynamadıqları üçün rədd etmişdi. İndi isə iddialı İtaliya klubu onunla marağını yenidən gündəmə gətirib və bu, Raşfordun gələcəyi üçün yeni bir dönüş nöqtəsi ola bilər.
Digər tərəfdən, “Napoli” və “Milan” da hücum xəttini gücləndirmək üçün alternativlər axtarır.
Bu arada, “Barselona”nın diqqətinin “Atletik”in cinah oyunçusu Niko Uilyamsa yönəldiyi bildirilir. Futbolçu özü də bu yay Kataloniya klubuna keçmək istədiyini açıq şəkildə bəyan edib. Əgər Uilyams “Barselona”ya keçsə, bu, Raşfordun La Liqaya mümkün transferinin qarşısını ala bilər.
© Copyright 2025, All Rights Reserved