İtaliya futbolunda böyük dəyişim ehtimalı: Türam qardaşları...
İtaliya futbolunun iki nəhəngi, “Inter” və “Yuventus” arasında maraqlı bir transfer ehtimalı gündəmə gəlib.
90plus.az xəbər verir ki, “Inter”də kifayət qədər oyun imkanı tapa bilməyən İtalyan yarımmüdafiəçi Davide Frattesi “Yuventus”a keçmək üzrə olduğu xəbərləri yayılıb. Frattesi İtaliya millisində işlədiyi məşqçi Luciano Spalletti ilə “Yuventus”da yenidən əməkdaşlıq etməyə də açıqdır.
Əgər “Yuventus” Frattesi üçün rəsmi təklif göndərərsə, “Inter”in qarşılıq olaraq rəqibindən sürpriz bir oyunçu tələb edəcəyi bildirilir: Fransız yarımmüdafiəçi Kefren Türam.
Bu transfer reallaşarsa, Kefren Türam “Inter”də bu mövsüm uğurlu çıxış edən qardaşı Markus Türam ilə eyni komandada oynama şansı qazanacaq. Nəticədə Türam qardaşlarının İtaliya futbolunun nəhəngi “Inter”də bir araya gəlməsi ehtimalı ortaya çıxır.
© Copyright 2025, All Rights Reserved