İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın "Kremoneze" klubuna yeni baş məşqçi təyin olunub.
90plus.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan komandanı bundan sonra Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırlatma: Davide Nikola bundan əvvəl "Kalyari" klubunda çalışıb. 52 yaşlı mütəxəssis ötən ay bu vəzifədən ayrılıb.
© Copyright 2025, All Rights Reserved