İtaliya nəhəngi 39 yaşlı Luka Modriçi transfer etmək istəyir

13 il ərzində "Real Madrid" formasını geyinən və klubla bir çox uğurlara imza atan xorvatiyalı ulduz Luka Modriç İspaniya nəhəngi ilə vidalaşdıqdan sonra yeni təkliflə gündəmə gəlib.
90plus.az xəbər verir ki, A Seriyasından "Milan" 39 yaşlı təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Modriçə rəsmi təklif göndərilib
İtalyan jurnalist Matteo Morettonun xəbərinə görə, "Milan"ın idman direktoru İqli Tare artıq Luka Modriçlə birbaşa görüş keçirib və tərəflər arasında ilkin təmaslar müsbət istiqamətdə aparılıb.
Qərar hələlik verilməyib
Lakin Modriçin transferi ilə bağlı qərarın dərhal verilməsi gözlənilmir. Xorvatiyalı futbolçu gələcəyini ailəsi ilə məsləhətləşərək müəyyənləşdirmək istəyir.
13 illik Madrid hekayəsi başa çatdı
Modriç 2012-ci ildən bu yana "Real Madrid"də çıxış edib və klubla birlikdə La Liqa, UEFA Çempionlar Liqası və digər titullar qazanıb. Onunla bağlı yaxın günlərdə dəqiq qərarın veriləcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved