İtaliya Superkuboku “Napoli”yə nəsib oldu
İtaliya Superkubokunun finalı: “Napoli” qalib oldu, David Neres gecənin ulduzu seçildi.
90plus.az xəbər verir ki, İtaliya Superkubokunun finalında “Napoli” “Bolonya”nı 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən qarşılaşmada oyunun taleyini David Neres həll edib və braziliyalı futbolçu matçın ən yaxşısı seçilib.
28 yaşlı cinah oyunçusu hesabı ilk hissədə uzaq məsafədən vurduğu dəqiq və texnikalı zərbə ilə açıb. İkinci hissədə isə “Bolonya”nın arxadan oyun qurmaq cəhdində buraxdığı səhvdən maksimum yararlanan Neres dubla imza ataraq “Napoli”nin qələbəsini rəsmiləşdirib.
Napoli” tarixində üçüncü dəfə İtaliya Superkubokunu qazanır:
Napoli 2 - 0 Bolonya
D. Neres 39’ 57’
Qollar: https://t.me/doxsanplus/112741
David Neres turniri ümumilikdə 3 qolla başa vurub – o, yarımfinalda “Milan”a qarşı oyunda da fərqlənmişdi.
Oyundan sonra “Napoli”nin hücumçusu Matteo Politano Mediaset-ə açıqlamasında belə deyib:
“Biz buraya İtaliya çempionu kimi gəlmişdik. Bu kuboku çox istəyirdik və bunu meydanda göstərdik. Daha çox qol da vura bilərdik, amma qələbədən razıyıq.”
Qeyd: Ənənəvi olaraq A Seriyası və İtaliya Kubokunun qaliblərinin iştirakı ilə keçirilən Superkubok 2023-cü ildən etibarən genişləndirilib və turnirdə liqa və kubokun ikinciləri də yer alır. Dörd komandalı bu format üzrə yarışın 2029-cu ilə qədər Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved