İtalyan klubu qapıçısı ilə müqavilə yenilədi
İtaliyanın "Bolonya" futbol klubu qapıçısı Lukaş Skorupski ilə müqavilənin müddətini uzadıb.
90plus.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı polşalı qapıçı ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd: Lukaş Skorupski 2018-ci ildən bəri "Bolonya" komandasında oynayır və ötən mövsüm klubla birlikdə İtaliya Kubokunu qazanıb.
© Copyright 2025, All Rights Reserved