İtalyan ulduz Avropaya qayıtmağı hədəfləyib
Lorentso İnsinye Avropaya qayıtmaq istəyir.
90plus.az xəbər verir ki, son olaraq “Toronto” klubunun formasını geyinən və hazırda azad agent statusunda olan italiyalı ulduz Lorentso İnsinye ilə bağlı yeni məlumat ortaya çıxıb.
Uzun illər “Napoli” klubunda çıxış edən İnsinye MLS-in “Toronto” komandasında keçirdiyi müddətdən sonra diqqətçəkən qərar verib. Sky DE-nin məlumatına əsasən, 34 yaşlı sol cinah oyunçusu yenidən Avropa futboluna dönmək istəyir.
Karyerası ərzində ümumilikdə 632 rəsmi matçda meydana çıxan Lorentso İnsinye bu qarşılaşmalarda 200 qol və 129 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved