Jordi Alba bu oyundan sonra futbolla vidalaşır
"İnter Mayami"nin futbolçusu Jordi Alba bu gün peşəkar karyerasındakı son oyununa çıxacaq.
90plus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə açıqlamasında danışıb.
O, MLS kubokunda "Vankover Vaytkaps"la keçiriləcək final qarşılaşmasının onun üçün karyeranın son matçı olacağını vurğulayıb:
"Final mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, mənim futboldakı son oyunum olacaq. Komanda yoldaşlarımla və azarkeşlərimizlə bu anı yaşamaq istəyirəm. Vida üçün ən gözəl yol isə qələbə əldə etməkdir".
Qeyd: Matç bu gün Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved