Juninyo “Flamenqo”da ilk qolunu qayınanasına həsr etdi! VİDEO
"Qarabağ"ı "Flamenqo"ya dəyişən Olavio Juninyo yeni komandasında ilk qolunu vurub.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu Quanabara kubokunun 8-ci turunda "Portuquesa" ilə keçirilən matçın 40-cı dəqiqəsində rəqib qapısına yol tapıb.
Bu qol Juninyonun "Flamenqo" forması ilə vurduğu ilk qol olub. O, qolu komanda yoldaşının vəfat edən anasına həsr edib.
Həmin qol: https://t.me/doxsanplus/97505
Qeyd: Qarşılaşma "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved