Juninyonu "Qarabağ"dan alan baş məşqçi getdi
Braziliyanın A Seriyası təmsilçisi "Flamenqo"da baş məşqçi dəyişikliyi rəsmiləşib. Klub portuqaliyalı mütəxəssis Filipe Luis ilə yolların ayrıldığını açıqlayıb.
90plus.az xəbər verir ki, "Flamenqo" tərəfindən yayılan rəsmi bəyanatda bildirilir: "Flamenqo" keçmiş futbolçusu və baş məşqçisi Filipe Luisə bu müddət ərzində qazandıqları və kluba verdiyi töhfələrə görə təşəkkür edir. Klub ona peşəkar karyerasının davamında uğurlar arzulayır."
40 yaşlı mütəxəssis ötən mövsüm komanda ilə Libertadores Kuboku, Braziliya çempionluğu və Braziliya Superkubokunu qazanmışdı. Hətta onun müqaviləsi 2027-ci ilin dekabrına qədər uzadılmışdı. Buna baxmayaraq, 2026-cı ilə uğursuz start rəhbərliyi qərar verməyə məcbur edib. "Flamenqo" son ay Braziliya Superkuboku və Cənubi Amerika Superkuboku (Recopa Sudamericana) matçlarında məğlub olub, liqada isə keçirdiyi 3 oyundan yalnız 1-də qələbə qazanıb.
Qeyd: Juninyo onun dövründə "Qarabağ"dan transfer edilmişdi.
Klub artıq yeni baş məşqçi ilə bağlı seçim edib. Tanınmış insayder jurnalist Fabrizio Romanonun yaydığı məlumata görə, Braziliya təmsilçisi portuqaliyalı mütəxəssis Leonardo Jardim ilə böyük ölçüdə razılıq əldə edib.
Tərəflər arasında son detallərin razılaşdırıldığı bildirilir və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Beləliklə, "Flamenqo" yeni mövsümdə uğursuz nəticələri aradan qaldırmaq üçün sükanı Leonardo Jardimə həvalə etməyə hazırlaşır. Jardim bir müddət "Monako"nun da baş məşqçisi olmuşdu.
© Copyright 2026, All Rights Reserved