Kadinin vəziyyəti ağır oldu - Uzun müddət sıradan çıxdı
“Qarabağ” klubunun “Çelsi” ilə qarşılaşmasında zədələnən yarımmüdafiəçi Kadi Borges oyun bitdikdən dərhal sonra komandanın tərəfdaşı olan “Liv Bona Dea Hospital”da tibbi müayinədən keçib.
90plus.az xəbər verir ki, aparılan müayinə nəticəsində futbolçunun sol ayağının baldır sümüyündə (fibula) sınıq müəyyən olunub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Həkimlərin ilkin dəyərləndirməsinə əsasən, braziliyalı futbolçunun bərpa və müalicə müddəti təxminən 8–10 həftə çəkəcək.
Xatırlatma: Kadi Borges cari mövsümdə “Qarabağ”ın heyətində 19 rəsmi görüşdə iştirak edib, 2 qol vurub və 3 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved