Kamal Umudluya UEFA-dan təyinat
Kamal Umudlu gənclərin oyununu idarə edəcək.
90plus.az xəbər verir ki, UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq. K.Umudluya Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved