Kamavinqanın “Real” macərası sona çatır
Kamavinqanın “Real Madrid” karyerası başa çatmaq üzrədir.
90plus.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer pəncərəsində komandadan ayrıla bilər. Klub futbolçunu satmağa hazırdır.
Mənbələrin məlumatına görə, Tiaqo Pitarçın əsas komandaya yüksəlməsi və Cud Bellinqemin zədədən qayıtmağa yaxın olması səbəbindən Kamavinqa mövsümün həlledici hissəsində əsas heyətdə daha az şans qazana bilər. Bu vəziyyət futbolçunun klubdan ayrılmaq qərarına təsir edib.
24 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirmək istəyir. O, “Liverpul” və ya “Çelsi”yə transfer olmağa üstünlük verir. Hər iki klubun son həftələrdə futbolçunun agenti ilə danışıqlar apardığı bildirilir.
“Real Madrid” Kamavinqanı 50 milyon avrodan yuxarı məbləğə satmağa hazırdır. Hazırda transfer yarışında “Liverpul” daha öndə hesab olunur və əsas favorit sayılır.
Eduardo Kamavinqa 2021-ci ildə “Renn” klubundan “Real Madrid”ə transfer olunmuşdu. Görünən odur ki, fransalı futbolçunun Madrid karyerası bu yay başa çatacaq.
© Copyright 2026, All Rights Reserved