Kapitan açdı sandığı, tökdü pambığı - Luiz Diaz haqqında...
“Bayern Münhen” kapitanı Manuel Neuer komanda yoldaşı Luis Diazı tərifləyib.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in kapitanı və qapıçısı Manuel Neuer komanda yoldaşı, kolumbiyalı cinah hücumçusu Luis Diaza yüksək qiymət verib, həm onun fərdi keyfiyyətlərini, həm də komandaya təsirini vurğulayıb.
“Onunla oynamaq mənim üçün ən yaxşı təcrübələrdən biridir,” Neuer deyib. “Bu komandada və bu məşqçi heyəti altında çıxış etmək çox əyləncəlidir. Biz birləşmişik və bu, ən vacib şeydir.”
Diaz bu mövsüm “Bayern Münhen”in ən önəmli oyunçularından biri olub. Kolumbiya millisinin üzvü bütün turnirlərdə 24 oyuna çıxaraq 14 qol vurub və 11 məhsuldar ötürmə edib, bu da onun komandanın hücum oyunundakı əhəmiyyətini göstərir.
© Copyright 2026, All Rights Reserved