Kapitanı “Real”ı duyğusal tərk etdi!
"Real Madrid" komandası 34 yaşlı müdafiəçi Naço Fernandezlə yollarını ayırdıqlarını açıqlayıb.
90plus.az xəbər verir ki, klubun rəsmi saytından verilən açıqlamada "Komandamızın kapitanı Naço Fernandez "Real Madrid"dən ayrılmaq qərarına gəlib. "Real Madrid" olaraq klubumuzun böyük əfsanələrindən biri olan Naçoya təşəkkür və sevgimizi bildiririk” - deyə qeyd olunub.
Naço isə komandadan ayrıldıqdan sonra verdiyi açıqlamada "Həyatımın klubu olan "Real Madrid"lə vidalaşıram. Bura 10 yaşımda gəldim, insan və oyunçu olaraq özümü formalaşdırdım. Qazanmağı və uduzmağı, mübarizə aparmağı və əziyyət çəkməyi, həzz almağı, hər zaman həvəslə və qətiyyətlə yaşamağı öyrəndim... Məni, klubu üçün hər şeyini verən bir gənc oyunçu olaraq xatırlamanızı istəyirəm" - deyə bildirib.
Naçonun 23 illik "Real" fəaliyyəti:
364 matç
16 qol
10 asist
26 kubok
6 Çempionlar Liqası
5 Klublararası Dünya Çempionatı.
4 Avropa Super Kuboku
4 La Liqa
2 Kral Kuboku
5 İspaniya Super Kuboku.
Qeyd: Naço Səudiyyə Ərəbistanının “Al Qadsiah” klubu ilə anlaşıb!
Naçonun vida məktubu. ƏTRAFLI:
https://t.me/doxsanplus/84891
© Copyright 2026, All Rights Reserved