Karate millimizin baş məşqçisi: Elnur İbrahim

Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi rəsmən Elnur İbrahim olub.
90plus.az xəbər verir ki, "Əməkdar məşqçi" adını alan mütəxəssis U-21 (18-21 yaşarası) karateçiləri çalışdıracaq.
Qeyd: Elnur İbrahim bundan əvvəl 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 2009-cu ildən 2024-cü ilə qədər Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi vəzifələrində işləyib.
© Copyright 2025, All Rights Reserved