Karim Benzema rəsmən “Al Hilal”da
Karim Benzema müqaviləsini “Al-İttihad”la qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra “Əl-Hilal”a keçib. Səudiyyə Ərəbistanı Pro Liqasının lideri bu barədə bazar ertəsi açıqlama yayıb.
90plus.az xəbər verir ki, yerli medianın məlumatına görə, Benzemanın “Əl-Hilal”a keçidi onun “Əl-İttihad”la müqaviləsinin uzadılması təklifini rədd etməsindən sonra baş tutub. Fransanın sabiq hücumçusu komandanın əvvəlki iki liqa matçını buraxmışdı.
“Karim Benzema rəsmi olaraq Hilallıdır,” – “Əl-Hilal” X hesabında paylaşım edib.
ℹ️ “Real Madrid”in sabiq hücumçusu olan 38 yaşlı Benzema bu mövsüm bütün turnirlərdə “Əl-İttihad”ın heyətində 21 oyunda 16 qol vurub.
Qeyd: Dünən Kriştiano Ronaldo bu transferə görə öz klubuna əsəbiləşmiş, bu keçidin Səudiyyə Ərəbistanı Pro Liqasında “ədalətli rəqabət”ə zərər verə biləcəyini demişdi.
Hətta oyuna çıxmaqdan imtina etmişdi.
İddialara görə, Ronaldo əsas rəqiblərinin Benzema ilə güclənməsini istəmirdi:
1. Al Hilal - 47 xal
2. Al Nassr - 46 xal
© Copyright 2026, All Rights Reserved