Kariusun həyat yoldaşı Diletta Leotta: "Bu, işgəncə idi"
Karyerasında "Liverpul", "Nyukasl Yunayted" və "Beşiktaş" formalarını geyinən alman qapıçı Loris Karius ilə evlənən Diletta Leotta Almaniyada hava limanında bir təhlükəsizlik əməkdaşı tərəfindən çox detallı şəkildə axtarışa məruz qaldığını və özünü utanmış hiss etdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, İtaliyanın televiziya aparıcısı və idman müxbiri olan Diletta Leotta, "Şalke" ilə müqavilə imzalayan Loris Kariusu ziyarət etmək üçün Almaniyaya getdiyini və təhlükəsizlik yoxlaması zamanı demək olar ki, bütün geyimlərini çıxardığını və çox detallı bir axtarışdan keçdiyini bildirib.
Bu haqda Leotta belə deyib: "İtaliyaya geri dönməliydim. Metal detektordan keçirdim və birdən qadın polis gəldi və məni yoxlamaq istədi. Bir anda döşlərimi sıxdı. Bu, çox utanılacaq bir şey idi."
Hətta bütün geyimlərini çıxardığını qeyd edən Leotta, sözlərinə davam edib: "Demək olar ki, bütün geyimlərimi çıxardım. İçimdə demək olar ki, heç nə yox idi və ona, 'Bax, qoltuqaltımda heç nə yoxdur' dedim."
Bu yaşadığı hadisələri işkəncə kimi təsvir edən Leotta, cümlələrini belə tamamlayıb: "Söyləməyimə baxmayaraq, qoltuqaltlarımı yoxladı və bu bir işkəncə kimi idi. O, həmçinin mənə ayaqqabılarımı çıxarmamı dedi və sonra ayaqlarımı yoxladı. Bu mənim üçün travmatikdir, çünki əvvəl bunu qardaşım edərdi və mən altıma işəyərdim."
Diletta Leotta ilə "Beşiktaş" formasını geyinən Loris Karius 2024-cü ilin iyun ayında ailə qurmuşdular.
© Copyright 2025, All Rights Reserved