Kasemiro "Mançester Yunayted"dən gedir - Klub açıqladı
“Mançester Yunayted” klubu braziliyalı yarımmüdafiəçi Kasemironun mövsüm sonunda müqaviləsinin başa çatması ilə komandadan ayrılacağını açıqlayıb.
90plus.az xəbər verir ki, Braziliya millisinin kapitanı 2022-ci ildə “Real Madrid”dən İngiltərə klubuna keçib və indiyədək “Mançester Yunayted”də 146 oyunda iştirak edərək 21 qol vurub.
Kasemiro bildirib:
"Bütün ömrüm boyunca "Mançester Yunayted"lə bağlı xatirələrimi daşıyacağam. İlk gündən bu möhtəşəm stadionda meydana çıxanda Old Trafford-un ehtirasını və indi azarkeşlərimizlə bölüşdüyüm sevgini hiss etdim. Hələ vida zamanı deyil – qarşıdakı dörd ay ərzində yaradılacaq çoxlu xatirələr var."
Yarımmüdafiəçi "Real Madrid"də beş dəfə UEFA Çempionlar Liqasını qazanıb və İngiltərədə də uğurlu çıxışı ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved