Kaşkilya: “Əhvalımız pisdir, 2 oyuna 11 qol buraxdıq”
“Neftçi” – “İmişli” oyunundan sonra məşqçilərin fikirləri... Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” “İmişli”ni 6:0 hesabı ilə məğlub etdikdən sonra hər iki baş məşqçi matçdan sonra maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya nəticəyə görə azarkeşlərdən üzr istədiyini, bütün günahı öz üzərinə götürdüyünü vurğulayıb:
“Əlbəttə ki, əhvalımız pisdir. ‘Neftçi’ni qələbə münasibətilə təbrik edirəm.”
O, həmçinin komandasının psixoloji durumuna toxunaraq əlavə edib:
“İki oyunda 11 qol buraxdıq. Bu qədər qol buraxacağımızı gözləmirdik. Yüksək səviyyəli komandalar bundan istifadə edir. Futbolçularım əllərindən gələni edirlər və sona qədər mübarizə davam edəcək.”
Kaşkilya Premyer Liqada qalmaqla bağlı heç bir şübhəsi olmadığını da bildirib:
“Heç vaxt şübhəm olmayıb ki, Premyer Liqada qalmayacağıq. Toparlanacağıq və məqsədlərimizə doğru gedəcəyik.”
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub isə hücumçularının zədələnməsinə baxmayaraq komandanın effektiv oyun göstərdiyini qeyd edib:
“Bassala Sambu və Vensan Abubakar zədələndilər. Digər oyunçularımıza şans verdik və pis də alınmadı. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük arzu ilə çıxdılar.”
O, gənc oyunçuların inkişafına da toxunub:
“Şans hər kəsə veriləcək. Ağadadaş Salyanski hazırda rəqabətdə digər oyunçulara bir az uduzur, amma gəncdir və ümidlərim var. Daha çox məşq edərək şans əldə edəcək.”
Vernidub, həmçinin oyun sonrası komandanın hazırlıq səviyyəsinə diqqət çəkərək əlavə edib:
“Hər rəqibimizi yaxşı təhlil edirik və sistemimizi buna uyğun qururuq ki, qələbə qazanaq. Çox ciddi hazırlaşırıq.”
ℹ️ Sportal
© Copyright 2026, All Rights Reserved