Məşhur hücumçu karyerasını bitirdi
Avropanın nəhəng klublarında çıxışı ilə yadda qalan Edinson Kavani peşəkar futbol karyerasını başa vurdu. Uruqvaylı hücumçu futbola “Boka Xuniors” forması altında vida etdiyini açıqladı.
90plus.az xəbər verir ki, karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya” klublarının formasını geyinən Edinson Kavani, 2023-cü ildə transfer olunduğu “Boka Xuniors”da futbolu tərk etdiyini elan etdi.
38 yaşlı futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib. “Çox sağ ol, futbol” başlığı ilə yayımlanan açıqlamada Kavani bunları qeyd edib:
“Məni formalaşdırdın, məndən çox şey istədin. Yıxıldığım zaman ayağa qalxmağı və yolun hər addımını dəyərli etməyi öyrətdin.
Uşaqlıqda mümkünsüz görünən xəyallarımı reallaşdırmağa, həm meydanda, həm də meydandan kənarda inanılmaz insanlarla tanış olmağa şərait yaratdın.
Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və hər şeydən əvvəl insanlar olmadan mümkün olmazdı. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi, həyatım boyu yanımda daşıyacağım bir dəyər olacaq.
Hər məşqdə və hər oyunda əlimdən gələni etdiyimi bilməyin rahatlığı ilə bu yoldan arxayın şəkildə ayrılıram. Səhvlərlə, doğrularla, amma mənə bu qədər çox şey qazandıran bu peşəyə hər zaman hörmət edərək…”
© Copyright 2026, All Rights Reserved