“Kayrat” yenə çempion oldu
“Kayrat” ardıcıl ikinci dəfə Qazaxıstan çempionu oldu!
90plus.az xəbər verir ki, Qazaxıstan Premyer Liqasının son turunun ən həlledici qarşılaşması “Kayrat” ilə “Astana” arasında baş tutdu. 26 oktyabrda Almatının Mərkəzi Stadionunda oynanan görüşdə tribunalar tam dolu idi, atmosfer isə bayram ab-havası yaradırdı.
1:1 bitən nəticə “Kayrat” üçün yetərli oldu — komanda cəmi 1 xal fərqlə çempionluğunu qorudu.
“Kayrat” ardıcıl 2-ci, ümumilikdə isə 5-ci dəfə Qazaxıstan çempionu oldu.
Almatı təmsilçisi gələn yay Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
© Copyright 2025, All Rights Reserved