“Kayrat”ın çalışfırıcısı: “Bizə 3 xal gözü ilə baxırlar”

Çempionlar Liqası: “Kayrat” – “Sportinq” oyunu öncəsi maraqlı açıqlama gəlib.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində Qazaxıstanın “Kayrat” komandası öz meydanında Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək. Oyunun başlama saatı 23:00-dur.
Komandanın baş məşqçisi Rafael Urazbaxtin matç öncəsi fikirlərini açıqlayıb:
“Hər yerdə yazırlar ki, biz xal verən komanda olacağıq. Bu, bizi incidə bilər, amma meydanda sübut edəcəyik ki, belə səviyyədə oynamağa layiqik. Dünən “Qarabağ”ın “Benfika”ya qalib gəlməsi göstərdi ki, meydanda adlar yox, insanlar oynayır. Biz də “Sportinq” qarşısında bütün gücümüzü ortaya qoyacağıq.”
Urazbaxtin komandası ilə birlikdə turnirdə uğurlu çıxış etməyə çalışacaq və azarkeşlər maraqlı oyun gözləyirlər.
© Copyright 2025, All Rights Reserved