Kenan Yıldız: “Bernabeuda oynamaq arzum olub”

Kenan Yıldız: “Bernabeu”da oynamaq uşaqkən qurduğum arzunun gerçəkləşməsidir".
90plus.az xəbər verir ki, “Yuventus”un gənc hücumçusu Kenan Yıldız sabah keçiriləcək Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Real Madrid”lə oyun öncəsi fikirlərini bölüşüb.
Türkiyə millisinin üzvü “Bernabeu” stadionunda oynamağın onun üçün xüsusi hiss olduğunu deyib:
“Bernabeu”da oynamaq həyəcanvericidir? Bəli, bu, möhtəşəmdir. Hər bir uşaq o stadionda çıxış etməyi arzulayır. Düşünürəm ki, bu, dünyanın ən gözəl stadionlarından biridir və indi orada oynamaq mənim üçün bir arzunun gerçəyə çevrilməsidir. Belə bir kluba qarşı Çempionlar Liqasında oynamaq sadəcə inanılmazdır. Ümid edirəm, hər şey yaxşı gedər və əla oyun göstərərik.”
Qeyd: “Real Madrid – Yuventus” görüşü sabah, oktyabrın 22-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved