Kenan Yıldız müqavilə söhbətindən “qaçdı”

Yarımmüdafiəçi Kenan Yıldız “Yuventus”dakı məqsədləri və təcrübələri barədə danışıb.
90plus.az xəbər verir ki, o, Turin klubunda maksimum uğur qazanmaq istədiyini vurğulayıb:
“Mən ‘Yuventus’a hər şeyi qazanmaq üçün gəlmişəm. Del Pyero hər oyundan sonra mənə mesaj yazır və həmişə daha yaxşı oynamağım üçün motivasiya verir,” – deyə Yıldız bildirib.
O, 2030-cu ilə qədər yeni müqavilə imzalanması barədə yayılan xəbərlərə münasibət bildirməkdən yayınaraq deyib:
“2030-cu ilə qədər müqavilə? Mən maliyyə məsələləri haqqında danışmıram.”
Kenan həmçinin hazırkı baş məşqçi İqor Tudorun təsirindən də bəhs edib:
“Tudor komandaya böyük enerji gətirdi və hamımıza kömək etdi. Keçmişə çox qayıtmağı sevmirəm, amma deməliyəm ki, Tudor mənə meydanda çox sərbəstlik verir,” – deyə futbolçu sözlərini tamamlayıb.
© Copyright 2025, All Rights Reserved