Kenan Yıldız parladı, “Yuve” “Napoli”ni uddu
Türkiyənin ulduzu parladı, “Yuventus” “Napoli”ni darmadağın etdi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasında çempionluq mübarizəsi aparan “Napoli” Turin səfərində ağır zərbə aldı. “Yuventus” Alyans stadionunda rəqibini 3:0 hesabı ilə məğlub edərək həm turnir cədvəlində mövqeyini möhkəmləndirdi, həm də Neapol təmsilçisinin titul ümidlərini ciddi şəkildə azaltdı.:
Yuventus 3 - 0 Napoli
J. David 22’
K. Yıldız 77’
Kostiç 86’
Qollar:
https://t.me/doxsanplus/113728
https://t.me/doxsanplus/113732
Bu qələbədən sonra “Yuventus” xalını 42-yə yüksəldərək turnir cədvəlində 4-cü pilləyə qalxdı və 43 xalı olan “Napoli”yə bir addım da yaxınlaşdı. Neapollular isə lider “İnter”dən artıq 9 xal geri qalır.
Turnir cədvəli:
3. Napoli– 43 xal
4. Yuventus – 42 xal
Hər iki komandanı yaxın günlərdə Çempionlar Liqası matçları gözləyir. Çərşənbə günü “Napoli” evdə baş məşqçi Antonio Kontenin keçmiş klublarından olan “Çelsi”ni qəbul edəcək. “Yuventus” isə səfərdə “Monako”nun qonağı olacaq.
© Copyright 2026, All Rights Reserved