Kevin De Bruyne ili sonlandırdı
90plus.az xəbər verir ki, “Napoli”nin “İnter”lə qarşılaşmasında zədələnən Kevin De Bruynedən pis xəbər gəlib. Klubun yaydığı rəsmi məlumata görə, belçikalı yarımmüdafiəçinin sağ budun hamstrinq əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb.
“Sky” telekanalının məlumatına əsasən, 34 yaşlı futbolçu təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu da o deməkdir ki, De Bruyne ən erkən 2026-cı ilin yanvar-fevral aylarında komandaya qatıla biləcək.
Qeyd: Təcrübəli futbolçu bu mövsüm “Napoli”nin heyətində 11 oyunda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 20 milyon avro təşkil edir və “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved