Kevin de Bruyne İtaliya çempionu ilə anlaşdı

İngiltərənin "Mançester Siti" klubu ilə yollarını ayıran belçikalı ulduz futbolçu Kevin de Bruynenin gələcəyi ilə bağlı maraqlı bir məlumat yayıldı.
90plus.az xəbər verir ki, Kevin de Bruyne İtaliya A Seriyasının son çempionu "Napoli" ilə 3 illik müqavilə imzalayacaq. Tərəflər razılığa gəlib və futbolçunun bu müqavilədən ümumilikdə 30 milyon avro gəlir əldə edəcəyi bildirilib.
2014-cü ildə Almaniyanın "Volfsburq" klubundan "Mançester Siti"yə keçən Kevin de Bruyne burada 9 il keçirdikdən sonra komandadan ayrıldığını rəsmən açıqlayıb. Ulduz futbolçu "Etihad" stadionundakı son matçına 20 may tarixində "Bornmut"la qarşılaşmada çıxıb və azarkeşlər onunla emosional şəkildə vidalaşıblar.
De Bruyne vida mesajında belə deyib:
"Əziz Mançester! Bu aylar 'Mançester Siti' oyunçusu kimi son aylarım olacaq. Futbol məni sizə və bu şəhərə gətirdi. Bu klub, bu şəhər və bu insanlar mənə hər şeyi verdilər. Mən də əlimdən gələni etməyə çalışdım. Hər bir hekayənin sonu olur və bu, mənim üçün ən gözəl fəsil idi."
© Copyright 2025, All Rights Reserved