Kevin Medinanın son vəziyyəti bəlli oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İtaliyada “Napoli”yə qarşı keçirilən səfər görüşündə zədələnən “Qarabağ”ın oyunçusu Kevin Medinanın son durumu məlum olub.
90plus.az xəbər verir ki, bu gün aparılan tibbi müayinələr kolumbiyalı müdafiəçinin vəziyyətinin yaxşı olduğunu göstərib. 32 yaşlı futbolçunun komandanın növbəti məşqindən etibarən yenidən kollektivə qoşulacağı gözlənilir.
Qeyd: Dünən baş tutan matçda “Napoli”nin futbolçusu Skott Maktomineyin 51-ci dəqiqədə qapıya endirdiyi zərbə Medinanın üzünə dəyib və nəticədə o, huşunu itirərək yerə yıxılmışdı.
© Copyright 2025, All Rights Reserved