Harri Keyndən 22 dəqiqədə 3 qol, "Bayern" "beşlədi"
Almaniya Bundesliqasının 13-cü turunda lider “Bayern Münhen” səfərdə “Ştutqart”ı 5–0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Münhen klubunun ulduz hücumçusu Harri Keyn oyuna sonradan daxil olmasına baxmayaraq cəmi 22 dəqiqədə het-trik edərək matça damğa vurub.
Matçın 11-ci dəqiqəsində Konrad Laymerin qolu ilə hesabı açan “Bayern Münhen” ilk hissəni 1–0 üstün tamamladı. İkinci hissənin əvvəlində də üstünlüyünü qoruyan komanda, Harri Keynin oyuna girməsi ilə hücumda daha da təsirli oldu.
60-cı dəqiqədə Nikolas Ceksonun əvəzinə meydana daxil olan Harri Keyn:
66-cı dəqiqədə hesabı 2–0 etdi,
82 və 88-ci dəqiqələrdə yenidən fərqlənərək het-trikini tamamladı.
Komandanın digər qolunu Yosip Stanişiç vurdu:
Ştuttqart 0-5 Bayern Münhen
K. Laimer 11'
H. Kane 66', 82' (P), 88'
Josip Stanisic 78'
Bu qələbə ilə “Bayern Münhen” xallarını 37-yə yüksəldərək nöqsansız liderliyini davam etdirib. “Ştutqart” isə 22 xalla 6-cı pillədə qalıb.
Harri Keyn bu matçdan sonra “Bayern Münhen” forması ilə keçirdiyi 76 oyunda vurduğu qol sayını 79-a çatdırıb.
Qolların videosu:
https://t.me/doxsanplus/111889
“Haydenhaym” – “Frayburq”: 2–1
“Volfsburq” – “Union Berlin”: 3–1
“Auqsburq” – “Bayer Leverkuzen”: 2–0
“Köln” – “Zankt Pauli”: 1–1
© Copyright 2025, All Rights Reserved