Kyellini Kenan Yıldız haqda: “Hər kəs sakit olsun…”
Hazırda “Yuventus”da gündəm mövzu Kenan Yıldızın klubda qalıb-qalmayacağıdır. Adı “Real Madrid” və “Arsenal” kimi klublarla hallanan Türkiyə millisinin üzvü ilə müqavilənin yenilənməsi üzrə danışıqlar davam edir.
90plus.az xəbər verir ki, sabiq müdafiəçi, klubun Futbol Əməliyyatları direktoru Corcio Kyellini Kenan Yıldız haqqında açıqlama verib:
“Kenan Yıldız üçün yeni müqavilə üzərində işləyirik, buna görə hər kəs sakit olsun. Hər iki tərəfin məqsədi eynidir — birlikdə yola davam etmək istəyirik”.
2024-cü ilin yayında 5 illik müqavilə imzalayan Kenan Yıldız artıq 75 milyon avro bazar dəyərinə sahibdir. Bu mövsüm 20 yaşlı futbolçu “Yuventus”un heyətində 18 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sabiq “Beşiktaş” yarımmüdafiəçisi Meralem Piyaniç də Turində köhnə klubunu ziyarət edib və yeni baş məşqçi Luçano Spaletti, həmçinin Corcio Kyellini ilə görüşüb.
© Copyright 2025, All Rights Reserved