Kilian Mbappe əməliyyat olunmayacaq - "Real Madrid"dən risk
“Real Madrid” hücumçusu Kilian Mbappe diz zədəsi ilə bağlı əməliyyat olunmayacaq.
90plus.az xəbər verir ki, Madrid klubu fransalı ulduz üçün konservativ müalicə planına üstünlük verib. Bu isə o deməkdir ki, Mbappe dizindəki problemi cərrahi müdaxilə olmadan aradan qaldırmağa çalışacaq. Əməliyyat variantı seçilsəydi, futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaqdı.
Mbappe hazırda dizində ağrılar hiss edir və bu səbəbdən “Real Sosyedad”a qarşı keçirilən oyunu buraxıb. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Həmin matçda “Real Madrid” rəqibini 4:1 hesabı ilə məğlub edib.
Buna baxmayaraq, 25 yaşlı forvardın Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı keçiriləcək oyunda əsas fiqurlardan biri olacağı gözlənilir. Tibbi heyət onun vəziyyətini nəzarətdə saxlayır və futbolçunun riskə atılmadan meydana çıxması planlaşdırılır.
Beləliklə, Madrid təmsilçisi mövsümün həlledici mərhələsində Mbappenin xidmətindən maksimum yararlanmaq üçün daha təhlükəsiz müalicə üsuluna üstünlük verib.
© Copyright 2026, All Rights Reserved