Kilian Mbappe: “Vinisius Junior ‘Real Madrid’ üçün əvəzolunmazdır”
Çempionlar Liqasının dramatik “Real Madrid” – “Olimpiakos” matçında 4:3 hesabı ilə qələbə qazanan Madrid klubunda Kilian Mbappe Vinisius Juniorun əhəmiyyətini vurğulayıb.
90plus.az xəbər verir ki, Fransalı hücumçu bütün dörd qolun müəllifi olsa da, Vinisiusun iki məhsuldar ötürməsini və ümumi təsirini xüsusi qeyd edib:
“Vinisius hər oyunun gedişatını dəyişə biləcək oyunçudur. O, oyunu oxumaqda çox nadir oyunçulardandır. Bizim üçün olduqca vacibdir.”
Mbappe həmçinin bildirib ki, son dövrlərdəki forması standart səviyyədə olmayıb və komandası üçün qələbə gətirəcək performans göstərmək zəruridir.
© Copyright 2025, All Rights Reserved