Kimmix “Arsenal”ı güclü saymadı
Coşua Kimmix: “Arsenal ən güclü rəqibimiz deyildi, PSJ ilə oyun futbola daha çox oxşayırdı”.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in təcrübəli futbolçusu Coşua Kimmix Çempionlar Liqasının 1:3 hesablı “Arsenal” məğlubiyyətindən sonra açıqlama verib. Alman yarımmüdafiəçi rəqiblərin gücü barədə fikirlərini bölüşüb.
Kimmixin sözlərinə görə, mövsüm ərzində üzləşdikləri ən çətin komanda “Arsenal” yox, PSJ olub:
“Arsenal” bu mövsüm qarşılaşdığımız ən güclü komanda idi? Xeyr, düşünmürəm. Məncə, ən güclü rəqibimiz PSJ idi. Xüsusən də onların oyun üslubunu nəzərə alsaq. “Arsenal” isə tam fərqli komandadır. Onlar standart vəziyyətlərə güvənirlər. PSJ ilə matçımız futbola daha çox oxşayırdı.”
Kimmixin bu sözləri həm Almaniya, həm də İngiltərə mediasında geniş müzakirə olunub. Xüsusən də “Bayern Münhen”in son illərdə top-klublarla oyunlarda yaşadığı çətinliklər fonunda bu açıqlama diqqət çəkib.
ℹ️Mənbə: TNT Sports
© Copyright 2025, All Rights Reserved