Kipr klubu “Vilyareal”ı sensasiyalı uddu
“Pafos” tarixi qələbə qazandı, “Vilyareal” uğursuz seriyanı davam etdirdi.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda Kiprin “Pafos” klubu böyük sürprizə imza atıb. Ada təmsilçisi evdə İspaniyanın “Vilyareal” komandasına 1:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın yeganə qolunu 46-cı dəqiqədə Lukasen vurub və bununla da “Pafos” Çempionlar Liqasının əsas mərhələsində ilk tarixi qələbəsini əldə edib.
La Liqanın 3-cü pilləsində qərarlaşan “Vilyareal” isə turnirdə ciddi çətinliklə üzləşib. İspaniya klubu dörd turdan sonra cəmi 1 xal toplaya bilib və qrupdan çıxmaq şanslarını xeyli çətinləşdirib:
Pafos 1-0 Vilyareal
Lukasen 46'
Bu nəticə “Pafos” üçün tarixi an, Avropa futbolunda isə sensasiya kimi dəyərləndirilir. Kipr komandası ilk dəfə iştirak etdiyi bu mərhələdə adını daha böyük arenada göstərməyi bacardı.
© Copyright 2025, All Rights Reserved