Kloze Mahirin addımını bəyənib
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin "Mən "Nürnberqin futbolçusuyam" paylaşımını bəyənib.
90plus.az xəbər verir ki, millimizin hücumçusunu 2 oyundan sonra klubun iştirak ərizəsinə daxil edən Kloze bunları söyləyib:
"Onsuz da Mahirə qarşı kin saxlamırdım. Onunla yenidən danışdıq. Mahir bununla bağlı bəyanat da yaydı. Mən bunu çox müsbət hesab edirəm. Mahir hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Biz onda açıq-aydın inkişaf gördük”.
📰: Bild
Qeyd: Almaniya mediası Mahirin Cənubi Koreyanın “Seul” klubuna keçmək istədiyini yazmışdı. Emreli paylaşım edərək “Nürnberq”də qalacağını açıqladı.
© Copyright 2025, All Rights Reserved