"Komo" yaponiyalı futbolçunu alır
Yaponiya millisinin futbolçusu Takehiro Tomiyasunun “Ayaks”dan ayrılması gündəmdədir.
90plus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə İtaliyanın “Komo” klubu maraqlanır.
A Seriyasında üst sıralar uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan “Komo” rəhbərliyi mövsüm başa çatdıqdan sonra yapon futbolçu ilə müqavilə bağlamağı nəzərdə tutur. Lakin Tomiyasunun gələcəyi ilə bağlı yekun qərar hələ verilməyib.
Qeyd: Müdafiəçinin “Ayaks”la mövcud müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. O, karyerası ərzində “Avispa Fukuoka”, “Sent-Trüden”, “Bolonya” və “Arsenal” klublarının da formasını geyinib.
© Copyright 2026, All Rights Reserved