Konate: “Qalatasaraya uduzmaq qəribə deyil”

İbrahima Konate: “Qalatasaray”a uduzmaq sürpriz deyil”.
90plus.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate Çempionlar Liqasında “Qalatasaray”a 1:0 hesabı ilə məğlubiyyət barədə danışıb.
Konate matçdan sonra belə deyib:
“‘Qalatasaray’a uduzmağımız sürpriz deyil. Onlar çox güclüdür, azarkeşləri və stadion atmosferi isə inanılmazdır.
Amma uduzmağımızın səbəbi yalnız penalti olub-olmadığına əmin deyiləm.
Böyük məyusluq yaşayırıq, amma bu nəticəni yadda saxlayıb mövsümə fokuslanmalıyıq.”
Futbolçunun sözlərinə görə, “Liverpul” bu məğlubiyyətdən dərs çıxarıb növbəti oyunlarda daha güclü çıxış etməyə çalışacaq.
Maraqlı: İllər keçir, lakin Okan Buruk “Liverpul”u əliboş yollamağa davam edir:
📆5 dekabr 2006
Qalatasaray 3-2 Liverpul
⚽️28’ Okan Buruk
📆30 sentyabr 2025
Qalatasaray 1-0 Liverpul
👔 BM Okan Buruk
© Copyright 2025, All Rights Reserved