Konfrans Liqası: 1/4 finalçılar hazır
Konfrans Liqasında 1/8 final mərhələsi başa çatdı. 1/4 finalçılar bəlli oldu!
90plus.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin bütün cavab oyunları keçirilib. Bütün qarşılaşmalar eyni gündə baş tutub və bununla da 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Türkiyə təmsilçisi "Samsunspor" səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, ilk oyunda 3:1 hesabı ilə qalib gələn İspaniya klubu iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
"Fiorentina" isə səfərdə "Rakuv" üzərində 2:1 hesablı qələbə qazanıb. İlk oyunda da eyni hesabla qalib gələn İtaliya klubu inamla 1/4 finala yüksəlib.
Digər oyunlarda "Kristal Pelas" səfərdə AEK üzərində 2:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb. "Selye" səfərdə AEK-i 2:0 hesabı ilə məğlub etsə də, ilk oyundakı böyükhesablı məğlubiyyət səbəbindən mübarizəni dayandırıb. "Maynts 05" öz meydanında "Siqma"nı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
"Lex" səfərdə "Şaxtyor" üzərində 2:1 hesabı ilə qalib gəlsə də, ilk oyunun nəticəsinə görə mərhələni Ukrayna klubu keçib. "AZ Alkmaar" isə səfərdə "Sparta" üzərində 4:0 hesablı böyük qələbə qazanaraq 1/4 finala yüksəlib. "Strasbur" və "Riyeka" arasında keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb və ilk oyunda qalib gələn Fransa klubu mərhələ adlayıb.
Cavab oyunlarının nəticələri:
AEK Larnaka – Kristal Pelas 1:2
Rakuv – Fiorentina 1:2
AEK – Sele 0:2
Maynts 05 – Siqma 2:0
Şaxtyor – Lex 1:2
Sparta – AZ Alkmaar 0:4
Rayo Valyekano – Samsunspor 0:1
Strasburq – Riyeka 1:1
1/4 final cütləri:
Şaxtyor — AZ Alkmaar
Kristal Pelas — Fiorentina
Rayo Valyekano — AEK
Maynts 05 — Strasburq
Qeyd: Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları aprelin 8(9) və 16-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved