Konfrans Liqası: “Samsunspor” liderliyə yüksəldi
“Samsunspor” “Hamrun” üzərində inamlı qələbə qazandı və liderliyə yüksəldi.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının liqa mərhələsində mübarizə aparan “Samsunspor” növbəti turda inamlı qələbə qazanıb. Türkiyə təmsilçisi Maltanın “Hamrun” klubunu 3:0 hesabı ilə məğlub edib:
Samsunspor 3-0 Hamrun
Holse 18'
Kilinc 58'
Mouandilmadji 77'
Bu nəticədən sonra “Samsunspor” turnirdə keçirdiyi 3 oyunun hamısında qalib gəlməklə 9 xal toplayıb, 7 qol vurub və qapısında top görməyib. Komanda hazırda UEFA Konfrans Liqasının liqa mərhələsində namağlub lider mövqeyini tutur.
“Hamrun” isə hələ də xal qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.
Növbəti turda “Samsunspor” səfərdə İslandiya təmsilçisi “Breidablik”lə qarşılaşacaq. “Hamrun” isə Cəbəllütariq təmsilçisi “Lincoln Red Imps”i qəbul edəcək.
"Samsunspor"da statistika:
© Copyright 2025, All Rights Reserved