Konfrans Liqası: “Samsunspor” vidalaşdı
Türkiyə təmsilçisi “Samsunspor” mübarizəni dayandırdı. 1/4 final son anda əldən çıxdı!
90plus.az xəbər verir ki, Konfrans Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Samsunspor" səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb. Türkiyə təmsilçisi oyunda 1:0 hesabı ilə qalib gəlsə də, ilk matçda 1:3 hesabı ilə məğlub olduğu üçün turnirlə vidalaşıb:
Rayo Valyekano 0 - 1 Samsunspor
(Ümumi: 3-2)
Ndiaye 65’
Oyun İspaniya mətbuatında da geniş müzakirə olunub. Xəbərlərdə Rayo Valyekanonun çətinliklə də olsa son 8 komanda sırasına yüksəldiyi xüsusi vurğulanıb.
© Copyright 2026, All Rights Reserved