Konqo millisi ilə Fransa klubları arasında qalmaqal
Fransanın “Lill” klubunun müdafiəçisi Şansel Mbemba milli komandadan qayıda bilmədiyi üçün qalmaqal yaranıb.
90plus.az xəbər verir ki, Fransa mediasının yaydığı məlumata görə, Konqo millisinin düşərgəsində olan futbolçu prezident mərasimi səbəbindən Kinşasada saxlanılıb və klubuna qayıtmasına icazə verilməyib. Bu səbəbdən Mbemba Fransa çempionatında “Lans”a qarşı keçiriləcək vacib derbi matçını buraxacaq.
“Lill”in prezidenti Olivye Letanq məsələ ilə bağlı kəskin açıqlama verib. Klub rəhbəri Konqo Futbol Federasiyasının qərarını “birtərəfli” adlandırıb və FIFA qaydalarına görə milli komandaların futbolçuları matçlardan sonra 48 saat ərzində klublarına qaytarmalı olduğunu xatırladıb. Artıq “Lill” rəsmi şəkildə FIFA-ya şikayət edib.
Maraqlıdır ki, eyni vəziyyət “Lans” klubunun müdafiəçisi Artur Masuaku ilə də yaşanır. O da Konqo millisindən klubuna qayıda bilməyib və derbi matçını buraxmaq təhlükəsi ilə üz-üzədir.
Qeyd: "Lill” – “Lans” qarşılaşması turun ən vacib oyunlarından biri hesab olunur və hər iki komanda bu matça ciddi itkilərlə çıxa bilər.
© Copyright 2026, All Rights Reserved