Konte Martinezə: “Get qol vur, zibil parçası!”
Antonio Konte və Lautaro Martines arasında yenidən gərginlik yaşandı.
90plus.az xəbər verir ki, “Napoli” ilə “İnter” arasında keçirilən və 3:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatan oyunda Antonio Konte ilə Lautaro Martines arasında kəskin söz davası baş verib.
“La Gazzetta dello Sport”un məlumatına görə, tərəflər arasında münasibətlər hələ “İnter”də birgə çalışdıqları dövrdən gərgin idi. Dünənki görüş zamanı isə köhnə qarşıdurma yenidən alovlanıb.
Hadisə meydanda gərgin anlarda baş verib — Lautaro əsəbi şəkildə baş məşqçiyə üz tutaraq deyib:
🗣 “Sən qorxursan, hə. Qorxudan altını batırmısan!”
Konte isə cavabında emosiyalarına hakim ola bilməyərək kobud şəkildə reaksiya verib:
🎙 “Yenə bu cəfəngiyat! Get qol vur, zibil parçası!”
VİDEO: https://t.me/doxsanplus/109704
Münaqişə komanda yoldaşlarının və texniki heyətin müdaxiləsindən sonra sakitləşdirilib. “Napoli”nin 3:1 hesablı qələbəsi isə oyundakı gərgin atmosferi daha da artırıb.
📎 Mənbə: La Gazzetta dello Sport
© Copyright 2025, All Rights Reserved