Konte “Qarabağ”la görüşü ciddi imtahan adlandırdı
"Napoli"nin çalışdırıcısı Konte "Qarabağ"la Çempionlar Liqasındakı oyunu ciddi sınaq kimi qiymətləndirdi.
90plus.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının növbəti qarşılaşması – “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb. İtaliya çempionu ilə Azərbaycanın ən titullu klubunun dueli noyabrın 26-da “Dieqo Armando Maradona” stadionunda baş tutacaq. Görüşə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
A Seriyasında “Atalanta” üzərində 3:1 hesablı qələbədən sonra danışan Konte rəqibi yüksək qiymətləndirib:
“Qarabağ bu mövsüm Çempionlar Liqasının sürpriz komandalarından birinə çevrilib. Buna görə də gücümüzü toparlamalı və növbəti ciddi imtahana hazırlaşmalıyıq.”
Çempionlar Liqasının ümumi reytinq cədvəlinə əsasən, dörd turun ardından “Qarabağ” 15-ci pillədə yer alır. Neapol təmsilçisi isə hazırda 4 xalla 24-cü sıradadır.
© Copyright 2025, All Rights Reserved