Konte: “Qarabağ”ın qapıçısı əla seyvlər etdi”
Antonio Konte: “Qarabağ” çətin və məsuliyyətli rəqibdir”.
90plus.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasında “Qarabağ” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Konte matçın çətin keçdiyini vurğulayıb:
“Bu axşam Neapol üçün xüsusi gün idi. Çox enerjili idik və qələbə qazanmaq istəyirdik. Ölkə çempionatında “Atalanta”ya və bu gün “Qarabağ”a qarşı matçlarda çox yaxşı çıxış etdik. Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım.
“Qarabağ”ın qapıçısı möhtəşəm qurtarışlar etdi. Qarşımızda çox məsuliyyətli komanda var idi. Çətin rəqibə qarşı oynadıq. Azərbaycan klubu bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib”.
Antonio Konte həmçinin, komandasının qələbəyə necə hazırlaşdığını və “Qarabağ”ın göstərdiyi müqavimətin vacib olduğunu qeyd edib.
© Copyright 2025, All Rights Reserved