“Konyaspor” yeni baş məşqçisini elan etdi
                            
                        
                            
                                Türkiyə Super Liqa təmsilçisi “Konyaspor” baş məşqçi Çağdaş Atanla prinsipial razılaşma əldə etdiyini rəsmən açıqladı.
90plus.az xəbər verir ki, bir müddət əvvəl Recep Uçarla yollarını ayıran “Konyaspor” rəsmi açıqlamasında yazır:
“Klubumuz hörmətli baş məşqçi Çağdaş Atanla prinsipial razılığa gəlmişdir. Atanın çərşənbə axşamı axşam saatlarında Konyaya gəlməsi gözlənilir.
Prinsipial anlaşmanın rəsmiləşməsindən və lazımi prosedurların tamamlanmasından sonra onun çərşənbə günü komanda ilə ilk məşqə çıxması planlaşdırılır. Proses rəsmiləşdikdən sonra ətraflı məlumat veriləcək.”
Qeyd: Atan bir müddət əvvəl istefaya göndərilən Recep Uçarın yerinə təyin olunur. 45 yaşlı mütəxəssis son olaraq "Başakşehir"i çalışdırıb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved