"Kopenhagen"in baş məşqçisi: "Qarabağ"da bu oyunçular çox güclüdürlər"

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda sabah Bakıda "Qarabağ" və "Kopenhagen" üz-üzə gələcək.
90plus.az xəbər verir ki, Danimarka klubunun baş məşqçisi Yakob Neestrup qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Stadionun ot örtüyünün durumu barədə düşüncələri:
Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydança hansı vəziyyətdə olursa-olsun, məqsədimiz qalib gəlməkdir. İdeal deyil, amma qənaətbəxşdir. Bir qədər tez gəlmişik ki, uyğunlaşa bilək. Səfərimiz yaxşı keçdi, sabah tam hazır olacağıq.
"Qarabağ" haqqında fikirləri:
Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında hər bir komanda güclüdür və şərtlər hər iki tərəf üçün eynidir. Onların buraya gəlib çıxması özü böyük nailiyyətdir. "Ferensvaroş" kimi rəqibi keçmələri onların gücünü göstərir. "Qarabağ" keyfiyyətli futbol sərgiləyir, hücum xətti güclüdür, mərkəz müdafiəçiləri də kifayət qədər etibarlıdır.
© Copyright 2025, All Rights Reserved