"Kopenhagen"in qapıçısı stadionumuzu bəyənmədi

“Kopenhagen”in qapıçısı Dominik Kotarski UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Qarabağ”la sabah keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Kotarski Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün vəziyyətindən narazılıq edib:
“Stadionda məşq etdik, amma ot örtüyü yaxşı vəziyyətdə deyil. Buna baxmayaraq, rəqib də eyni meydanda oynayacaq və şərtlər hər iki tərəf üçün bərabərdir. Sabah bizi çətin görüş gözləyir. ‘Qarabağ’ çox güclü rəqibdir. Biz isə qələbə qazanmağa çalışacağıq”.
Xatırlatma: “Qarabağ” – “Kopenhagen” oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
© Copyright 2025, All Rights Reserved