Körri 39 xal atdı, komandası uduzdu
90plus.az xəbər verir ki, NBA-də maraqlı qarşılaşmalar baş tutub. "Qolden Steyt Uorriors" "Minnesota Timbervulvz"a 127-120 hesabı ilə məğlub olub. Beş oyunluq fasilədən sonra parketə qayıdan Stefen Körri 39 xalla çıxış etməsinə baxmayaraq komandası üçün qələbəni təmin edə bilməyib. "Minnesota Timbervulvz" matç boyunca 27 dəfə liderliyi ələ keçirib. Julius Randle 27 xal, 9 ribaunt, 6 asistlə komandaya böyük töhfə verib, Rudy Gobert isə 24 xal və 14 ribauntla “double-double”a imza atıb. Quinten Post 16 xal, Jimmy Butler isə 15 xal və 8 ribauntla oynayıb.
Digər qarşılaşmada isə "Detroit Pistons", "Atlanta Hokz"ı 142-115 hesabı ilə məğlub edib. Little Caesars Arena-da keçirilən oyunda Şərq Konfransı lideri "Pistons" bu mövsümdə 20-ci qələbəsini qazanıb. Isaiah Stewart 17 xal ilə komandasının ən çox xal qazanan oyunçusu olub, həmçinin 8 oyunçu iki rəqəmli xal sayı ilə çıxış edib.
"Atlanta Hokz"da isə Jalen Johnson 19 xal, 11 ribaunt və 12 asistlə mövsümdə 5-ci və ardıcıl 3-cü “triple-double”una imza ataraq, Bill Bridgesin 1969-70 mövsümündəki komanda rekordunu qırıb.
© Copyright 2025, All Rights Reserved